"Çukur" serialında Cumali Koçovalı obrazını canlandıran aktyor Necip Memili çəkiliş meydançasında zədələnib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, xəstəxanaya aparılan aktyor əməliyyat olunub. O, dizindən zədə alıb.

Məşhur aktyorun həkimi sosial şəbəkədə bu barədə məlumat verib:

"Çəkiliş meydançasında zədələnən "Çukur" serialının Cumalisi bu gün sol dizindən əməliyyat olub. Onun vəziyyəti yaxşıdır".

Necip Memili 1980-ci ilin 27 may tarixində Adanada anadan olub. Çukurova universitetindən məzun olub.

Milli.Az