Bir neçə gün bundan əvvəl Bakıya gələn milyarder Antuan Arnonun xanımı, Rusiyanın tanınmış modeli Nataliya Vodyanova geyimi ilə diqqət çəkib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nataliya paytaxtda keçirilən tədbir üçün azərbaycanlı dizaynerə müraciət edib. Onun iki libası üzərində azərbaycanlı dizayner Günel Rüstəmova çalışıb.
Hətta model 2 milyonluq İnstaqram səhifəsində geyimlərini paylaşaraq G. Rüstəmovaya təşəkkür edib.
Qeyd edək ki, Günel Rüstəmova Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun qızıdır. O, Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir.
Milli.Az