Bakıda ötən ildə 430 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib.

Publika.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycan paytaxtında ticarət dövriyyəsi iki dəfə artıb: "Bu rəqəm 20 milyard manat təşkil edib".

Eldar Əzizov qeyd edib ki, infrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına təkan verib: "9 ay ərzində Bakıya təxminən 1,5 milyon turist səfər edib. Rusiya vətəndaşları turistlərin təqribən 30%-ni təşkil edir".