“Facebook”a məxsus olan “Oculus” şirkəti “Quest” adlı yeni virtual reallıq qarniturunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Oculus Quest” şlemi 4 genişbucaqlı kamera və məkanda insanın mövqeyini müəyyənləşdirə bilən 2 sensorlu kontrollerdən ibarətdir.
 
“Facebook”un nümayəndəsi bildirib ki, təqdim edilmiş yeni virtual reallıq sisteminin hazırda dünyada analoqu yoxdur.
 
“Bu virtual reallıq qarnituru ümidlərimizi doğrultdu”  – Kaliforniyada keçirilmiş təqdimatda “Facebook”un direktoru Mark Zukerberq deyib.
 
İstehsalçıların sözlərinə görə, 64 QB-lıq daxili yaddaşa malik sözügedən qurğu gələn il 399 dollara satışa çıxarılacaq.
 
Emil Hüseynov