ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu şirkətlərin fəaliyyəti Vaşinqtonun maraqlarına zidd olduğu üçün bu qərar qəbul edilib.

Sanksiyaya məruz qalan şirkətlər əsasən elmi-texniki sahələrdə fəaliyyət göstərən müəssisələrdir.

Qeyd olunur ki, bu şirkətlərə ABŞ məhsullarını almaq qadağan ediləcək.

Sanksiyanın müddəti barədə məlumat verilməyib.

Milli.Az