Ticarətin Asanlaşdırılması Mərkəzi yaxın zamanda fəaliyyətə başlayacaq.

Bunu Dövlət Gömrük Komitəsi sədr müavini İqbal Babayev Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədində yerləşən Qırmızı Körpü sərhəd-keçid məntəqsinin Azərbaycan istiqamətində inşa edilən binasının açılışı artıq baş tutub: "Ticarətin Asanlaşdırılması Mərkəzi qarşıdakı 2-3 ay ərzində istifadəyə veriləcək. Mərkəz ölkələrarası ticarət dövriyyəsinin artırılmasında böyük rol oynayacaq”.

Könül Cəfərli