Sosial şəbəkələrdə iyrənc video yayılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, videoda aşbazın pizzanın xəmirinə tüpürməsi əks olunub.

Həmin anları onun iş yoldaşı çəkib. Videolar sosial şəbəkələrdə yayıldıqdan sonra müdir video çəkəni və aşbazı işdən çıxardıb.

Jaylon Kerley adlı aşbaz bu əməlinə görə saxlanılıb.

Görüntülər Miçiqan ştatındakı Detroyt şəhərinin mərkəzində yerləşən "Comerica Park" pizza restoranında çəkilib.

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu görüntülərə baxan bir də restoranlarda pizza yeməz - aşbazın iyrəncliyi dəhşətə gətirir