Türkiyəli aparıcı Beyazıt Öztürk alış-veriş mərkəzlərindən birində görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcının xeyli arıqlaması diqqətdən qaçmayıb. Jurnalistlərin çəki atması ilə bağlı verdiyi suallara o, belə cavab verib:
"Yediklərimə diqqət etdim, idmanla məşğul oldum. 3 aya yaxın müddət ərzində 12 kiloqram arıqladım. Mövsümə hazıram".
Qeyd edək ki, Beyaz bu mövsümdən "O səs Türkiyə"də münsiflik edəcək.
Milli.Az