Rusiyanın Volqoqrad şəhərində bir adam həyat yoldaşı ilə mübahisə etdikdən sonra ona şiddət tətbiq edib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, sərxoş adam daha sonra həyat yoldaşını və uşağını girov götürüb. Evdən qışqırıq səslərini eşidən qonşular polisə xəbər verib. Polisin gəlsiyini öyrənən adam əlindəki bıçaqla yenidən həyat yoldaşına hücum çəkib.

Polislər qəzəbli adamı sakitləşdirə bilmədikdə hadisə yerinə xüsusi dəstə çağırılıb. Polis tərəfindən xilas edilən 6 yaşlı uşağın zərər görmədiyi, 33 yaşlı qadının isə dəhşətli şiddətə məruz qaldığı bildirilib. Qadının bədəninin bəzi bölgələrində bıçaq izlərinə rast gəlinib.

İlkin təyin etmələrə görə adamın sərxoş olduğu və prokukorluq qərarı ilə həbsinin tələb edildiyi bildirilib.


https://metbuat.az/news/1030894/emina-jakhovic-kec...