“ARB:24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin kanalda redaktor işləyən oğlu Allahverdi Şəfiyev işdən çıxarılıb.
Publika.az xəbər verir ki, kanalda aparılan yoxlamalar zamanı müəyyən çatışmazlıqlar aşkarlanıb və quruma rəhbərlik edən Nadir Şəfiyev vəzifədən kənarlaşdırılıb. Bildirilir ki, telekanaldakı çatışmazlıqlar "ARB:24”ün fasiləsiz ümumrespublika yayımına keçid prosesi zamanı üzə çıxıb.
Telekanaldan bildirilib ki, hazırda iclas keçirilir və yaxın vaxtlarda yeni baş direktorun adı məlum olacaq.