Marsda su axtaracaq qurğunun sınaqları keçirilib
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, layihə İtaliya Milli Astrofizika İnstitutunun alimlər qrupu tərəfindən yaradılıb. Eksperiment zamanı xüsusi detektor Oman səhrasında yeraltı suların aşkarlanması üçün istifadə olunub. Bu yerlərdəki şərait Marsdakı şəraitə çox bənzəyir. “ScanMars” adlanan radar yeraltı səthi radiodalğa impulslarının torpağa ötürülməsi və qəbulu vasitəsilə tədqiq edir. Ayrı-ayrı geoloji xüsusiyyətlərə malik sahələr radiodalğalara müxtəlif şəkildə reaksiya verir və əks etdirilən siqnalların köməyi ilə strukturun və yer təkinin sərhədlərinin təsvirini formalaşdırmağa şərait yaradır.
Məlumata görə, radarın sınaqları Marsda gələcək kəşfiyyata hazırlıq üçün nəzərdə tutulan “AMADEE-18” missiyası çərçivəsində aparılıb. Missiyaya müxtəlif elmi sahələrdə (mühəndislik, astrobiologiya, geofizika və s.) aparılan eksperimentlər cəlb edilib. Mütəxəssislər tərəfindən ümumilikdə 1,4 kilometr uzunluğunda və 5 metr dərinliyində 70 minə yaxın radiolokasiya səs siqnalı toplanılıb. Mütəxəssislərin sözlərinə görə, məlumatların keyfiyyəti çox yaxşıdır. Hazırda qurğu suyun mövcudluğunu birmənalı şəkildə müəyyənləşdirə bilməsə də, onun gələcək kosmonavtlara qazıntı işlərinin harada aparılması barədə məlumat verəcək əlamətlərini aşkarlaya bilir. Bu nailiyyət yaxınlarda Mars səthinin altında maye suyun aşkarlanması ilə əlaqədar böyük aktuallıq kəsb edir. Buna görə də tədqiqatçılar tərəfindən bütün səylər Mars planetinin səthinin analizi üçün istifadə ediləcək metodların hazırlanmasına yönəldiləcək.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10