Kosova baş naziri Ramuş Haradinay paytaxt Priştina küçələrində zibil toplayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Kosovayı təmizləyək" şüarı ilə ölkədə təşkil edilən aksiyaya qoşulan baş nazir əhaliyə örnək olub.

O, küçələri çirkləndirənlərə səslənərək ətraf mühiti təmiz saxlamağa çağırıb:

"Təmiz bir Kosovada yaşamaq istəyirsəniz, əlinizdəki tullantıları küçələrə deyil, zibil qutularına atın. Avropada olmaq istəyən Kosova təmiz olmalıdır".

Milli.Az