Nigeriyanın Laqos şəhərindən Port Harkurt limanına buğda daşıyan gəmi dəniz quldurlarının hücumuna məruz qalıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Massoel Shipping" şirkəti informasiya yayıb.

Məlumata görə, dəniz quldurları Nigeriya sahillərində İsveçrəyə məxsus gəminin 19 heyət üzvündən 12-ni qaçırıblar. Gəmiyə hücum Bonni adasının 45 mil cənub-qərbində baş verib.

Milli.Az