Bakıda xəstəxanada yanğın olub.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən xəstəxananın zirzəmisində təxminən 60-70 ədəd müxtəlif təyinatlı akkumulyatorlar və hava təmizləyici boruların üzərinə çəkilmiş şüşə-pambıq örtüyü 6 m2 sahədə yanıb.
Xəstəxana yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.