Paparassilər bu dəfə Los-Ancelesin küçələrində aktrisa Şarliz Teronu görüntəliyiblər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa 3 yaşlı qızı Avqustla gəzintiyə çıxıb. O bildirib ki, qızı müəllim yanında hazırlıqda olub və istirahətə ehtiyacı var.

Qeyd edək ki, Avqust 2015-ci ildə aktrisanın həyatına daxil olub. Teron yarım il ABŞ-da bir agentliyə müraciət edərək, qızı övladlığa götürməyə çalışıb. 

"Özümü heç vaxt bu qədər rahat hiss etmirdim. İndi sevgimi kimə verəcəyimi bilirəm" deyə, aktrisa söyləyib. 

Milli.Az