Balakən rayonunda ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Katex kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 15 otaqlı evin yanar konstruksiyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.