Yaponiya səsdən sürətli raket sistemi istehsalı üçün 57 milyon dollar büdcə ayırıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, raketin sınağı 2023-2025-ci illərdə həyata keçiriləcək. Sistemdən nüvə və ballistik raketlərin daşınmasında da istifadə ediləcək. 

Qeyd edək ki, bu tip hərbi texnologiya üzərində Rusiya, ABŞ, Çin, Hindistan, Avstraliya kimi ölkələr də çalışır.

Milli.Az