Türkiyə Silahlı Qüvvələri Ağrı/Doğubəyazit ərazisində və İraqın Qara bölgəsində davam edən əməliyyatlarda 10 terrorçunu zərərsizləşdirib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın Tvitter hesabından məlumat verilib.

Məlumatda bildirilir ki, təhlükəsizlik qüvvələrinin terror təşkilatlarına qarşı əməliyyatları davam edir.

Günay Elşadqızı / METBUAT.AZ