Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl Dərdini Danış" sosial-kriminal layihədə ötən gün inanılmaz anlar yaşanıb.

Metbuat.az bildirir ki, verilişə Cəlilabaddan gələn Lətafət xanımın açıqlamaları və iddiaları hər kəsi dəhşətə gətirib. Belə ki rayonun Günəşli kənd sakini olan xanım Zaur adlı bəylə sevgi münasibətləri qurub. Xanım iddia edib ki, Zaur onu alacağına və gözəl ailə quracaqlarına inandırıb. Zaurun sevgisinə inanan xanım onunla cinsi əlaqədə olub və hamilə qalıb. Xəbəri ilk olaraq Zaura danışan xanım bəydən nə edəcəklərini soruşub.
Zaur Lətafətə bildirib ki, səhər hazırlaşsın, sübhdən onu qaçırdacaq. Lətafət də sübh tezdən hazır vəziyyətdə kənd yoluna çıxaraq, Zaurla qoşulub qaçıb. Lakin sonradan Zaurun Lətafəti ailə qurmaq üçün qaçırtmadığı məlum olub. Zaur uşaq istəmədiyini bildirib və Lətafətin hamilə qalması barədə bibisi Rozaya məlumat verib. Bir az sonra bibi Zaura Lətafəti Bakıya gətirməsini tələb edib. Lətafətin sözlərinə görə Bakıya çatana yaxın Zaur ona maye qəbul etməsini tələb edib və bir neçə saat sonra Lətafətdə ağrılar yaranmağa başlayıb.
Lətafəti Respublika Klinik Xəstəxanasına aparan zaman özünü qızın anası kimi təqdim edib. Qanaxma olduğunu və Cəlilabadan bir başa xəstəxanaya gətirildiyini bildirib. Xanım Amil Xəlilin suallarına cavab olaraq "Mən bilmirəm. Özü qərar verdi. Heç kim onu məcbur etmirdi"- açıqlamasını verib.

Adı hallanan həkim Mehriban xanım da Amil Xəlilin suallarını cavablandırıb. O, uşağın 2 gün əvvəlki yoxlanış sənədlərində heç bir probleminin olmadığını və sağlam uşaq olduğunu bildirib. Amilin "qızın anası yanında idi?" sualına həkim "bəli" cavabını verib.

Bir az sonra Zaurun qohumu Nahid həkim də verilişə qoşulub. Aparıcının "Həkim, həqiqətənmi siz 6 aylıq uşağı bilərəkdən məhv etmisiz?" - sualına həkim Lətafət xanımı yalan danışmaqda günahlandırıb. Məlum olub ki, Nahid həkim həqiqətən adı çəkilən Zaurun yaxın qohumudur. Hətta Nahid həkimin açıqlaması ilə Mehriban həkimin açıqlaması uyğun gəlməyib. Amilin "Düzünü deyin! Siz Zaurun nəyi sayılırsız?» - sualına həkim bibisi oğlu cavabını verib. Cavabın ardından aparıcı həkimi verilişdən

Lətafətin tək istəyi cinayətkarların cəzasını almasıdır. "6 aylıq uşağı ana bətnində məhv etdi, həkimlər. İndi cavab versinlər».
Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik.

Qarşı tərəfin birinci günü saat 16:00 da "Gəl Dərdini Danış" verilişində iştiraki nəzərdə tutulur.