ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Missuri ştatında, Sent Luis şəhəri yaxınlığındakı aeroportda baş verib.

Hadisə nəticəsində iki nəfər - ata və oğlu həlak olub. Məlumata görə, qəzaya pilotun qaranlıqda enmə xəttini tapa bilməməsi səbəb olub. Polis şerifinin sözlərinə görə, təyyarə Nyu-Yorkdan qayıdırmış.

Pilot yerə xəbər verib ki, o, texniki nasazlıq üzündən işığı uçuş-enmə zolağına sala bilmir. 

Milli.Az