Tanzaniya prezidenti Con Maqufuli ölkədə 4 günlük matəm elan edib.

Publika.az xəbər verir ki, dünən Viktoriya gölündə bərənin çevrilməsi nəticəsində 136 nəfər ölüb.

Bərənin göyərtəsində 200 nəfərin olduğu bildirilir. Əslində isə bərə 100 nəfər üçün hesablanıb. Bundan başqa, bərədə yük də olduğu üçün ağırlığa tab gətirməyib.