Rusiyanın məşhur müğənnisi Lolita Milyavskaya və prodüseri Yelena Kiper arasında yaranan məhkəmə çəkişməsi başa çatıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib.  O, vəkilinə təşəkkür edərək mübarizədə qalib gəldiyini elan edib. 

Bu məqamda bildirək ki, Lolita ilə Yelena 1 il əvvəl çox yaxın rəfiqə olublar. Lakin onlar arasında maliyyə problemləri yaranıb və münasibətlərinə son qoyublar.  

Lolita istehsalçının ona 6 milyon rubl borcu olduğunu iddia edərək məhkəməyə müraciət edib. Lakin qarşı tərəf bunu qəbul etməyib. 

Uzun müddətdir davam edən mübarizədən sonra hakim 54 yaşlı ifaçının lehinə qərar çıxarıb. 

Milli.Az