Bu gün saat 11:50 radələrində Bakı şəhər Xətai rayonu Nobel prospektində - Xəzər Televiziyasının binasının yaxınlığındakı tikilidə yanğın başlayıb.
FHN-dən Publika.az-a verilən məlumata görə,hadisə yerinə ilkin olaraq 4 yanğınsöndürmə briqadası göndərilib. Həmçinin çağırış əsasında yanğının söndürülməsi üçün digər rayonlardan kömək çağırılıb.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Əlavə məlumat veriləcək.