Türkiyədə sosial şəbəkədə açdığı saxta profil ilə özünü uşaq həkimi kimi tanıdaraq, ünsiyyət quran qadınlardan uşaqlarının foto və videolarını göndərmələrini istəyən şəxsin Sakaryada yaşayan C.K. olduğu üzə çıxıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, İnstaqram istifadəçiləri saxtakarı ifşa edincə C.K.-nın yaxalanması üçün polisə məlumat verilib.
Vəkil olan Yunus Emre Çelebi adlı şəxs səhifənin istifadəçisi ilə yazışmalarının yer aldığı ekran görüntülərini polisə təqdim edib.
Məhəmməd Vaqif
Milli.Az