Bakıda yaşlı kişi itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 36-da yaşayan 1954-cü il təvəllüdlü Həsənov Eldar Qılmərdanoviç sentyabrın 18-də axşam saatlarında evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.

Milli.Az