"Səni axtarıram"ın ötəngünkü buraxlışı tükürpədici açıqlamalarla yadda qalıb.

Milli.Az xəbər verir ki, boşanan və 2 uşağı olan qadınla yaşayan oğlundan buna görə imtina edəcəyini deyən qadın efirdə etdiyi açıqlamalarla hər kəsi mat qoyub.

Həmin qadının oğlu Aqil ilə bir yerdə yaşaya-yaşaya keçmiş əri ilə də görüşdüyünü deyən ana övladının ondan uzaq durmayacağı təqdirdə hansı addımı atacağını açıqlayıb. Aqilin anası oğlunun əxlaqsız adlandırdığı o qadını seçərək, onunla yaşamağa davam edəcəyi təqdirdə Aqili övladlıqdan "siləcəyini" bildirib.

Qeyd edək ki, Aqil proqrama çıxaraq anasının ona cadu etdiyini demişdi.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan efirində biabırçılıq - Keçmiş əri ilə görüşür