Britaniyanın və İrlandiyanı "Əli" tropik qasırğası vurub.
Milli.Az The Guardian-a istinadən bildirir ki, qasırğada küləyin sürəti 150 km/saat çatıb.
İrlandiyadakı Kladdadaff şəhərinin yaxınlığında güclü külək içində 50 yaşlı isveçrəli turist qadının yatdığı avtofurqonu yoldan çıxararaq dənizə atıb. Qadın həlak olub. Dandi Universitetinin bir qrup tələbəsini dərsə aparan avtobus Quardbric şəhərinin yaxınlığında olarkən qəzaya uğrayıb. Yol kənarındakı cökə ağacı avtobusun üzərinə düşüb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Şimali İrlandiyanın Arma şəhərində isə "Slieve Gullion" parkında çalışan "Northern Ireland Water" şirkətinin əməkdaşı, 28 yaşlı şəxsin üzərinə ağac düşüb və o həlak olub.
İrlandiyada, Şimali İrlandiyada, Şotlandiyada və İngiltərənin şimalında 400 mindən artıq ev işıqsız qalıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: