Şotlandiyanın qərbində baş verən güclü tufan nəticəsində bir nəfər həlak olub, 30 mindən çox ev işıqsız qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən avtobusların, gəmilərin, qatarların hərəkəti dayandırılıb. "Tay Road" körpüsündə küləyin sürəti 164 km/saata çatıb. Bir çox yerlərdə ağaclar qırılaraq avtomobillərin üzərinə düşüb. Dumfrit və Qallovey şəhərlərində fövqəladə vəziyyət elan olunub.

Milli.Az