Bəzən yazılan xəbərin özü qədər hadisəyə maraqlı mövqe ortaya qoyan oxucu fikirlərinə rast gəlinir.
Milli.Az "Maraqlı şərhlər" rubrikasında seçilən oxucu fikirlərini təqdim edir:
1. "Bu adamlar pul yığmaq üçün ad günü, kiçik toy, 40 günlük nə bilim day nələr. Bir dəfə də pulsuz toy edin, böyük toy, kiçik toy hamısı qarışıb bir-birinə. Pul çatdırmaq olmur, gedirsən də olmur, getməsən də..." - Əməkdar artistdən oğlunun toyuna görə pul tələb etdilər
2. "Xəbərləri əməlli oxu, görəcəksən sənin ölkənin də belə "kişilər"i az deyil" - Canlı yayım edib arvadının "18+" görüntülərini göstərdi
3. "Vallah, elə hərəkətlər edirsən ki, efirdə adamın əti tökülür. Şəxsən mən sənə baxanda utanıram. Nə danışığını bilirsən, nə oturmağını, nə oynamağını. Nəyinə paxıllıq edirlər ki? Elə bir dənə yapışmısan "Mənim dünya boyda sənətim, səsim var!" Düzdür, yaxşı səsin var, amma o səsi özün qiymətdən salmısan" - Aparıcı Mətanəti efirə buraxmadı - "Paxıllıqdan elədilər bunu"
4. "Qaqa, 100 dənə sifariş versək, 700 dollardan düzəldərsən? Gətirək Bakıya 2000 manata sataq. Amma bir az denən kök olsun" - 29 yaşlı gəncin aldığı seks robotu başına bəla oldu
5. "Şox əsəbləşdirməyin bu müğənniləri, elə eliyəcəksiniz onu da geyinmiyəcəklər" - Azərbaycanlı müğənni efirə pərdə geyinib gəldi - Zaur özündən çıxdı
Məhəmməd Vaqif
Milli.Az