"Ritz Madrid" otelində rekonstruksiya vaxtı baş vermiş sürüşmə nəticəsində azı yeddi nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, otelin altıncı mərtəbəsində döşəmənin çökməsi nəticəsində xəsarət alanlar olub, iki fəhlə isə dağıntılar altında qalıb. Qəza yerinə təcili tibbi yardım briqadaları, habelə bələdiyyə və milli polisin əməkdaşları cəlb edilib.

Milli.Az