Suriyada Rusiyanın İl-20 təyyarəsinin vurulmasına səbəb
olan İsrailin Moskvadakı səfirliyi Xarici İşlər Nazirliyinə
çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə
mediaya məlumat sızdırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyaya məxsus təyyarə
radardan itib. Rusiya Müdafiə nazirliyinin açıqlamasında bildirilir
ki, təyyarə İsrailin F-16 təyyarələri tərəfindən Suriyanın raket
hücumundan müdafiə sistemlərinin hədəfinə sürüklənib, nəticədə
Suriya raketləri rus təyyarəsini vurub.
Asif