Prezident İlham Əliyev Cavid Qurbanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Cavid Qənbər oğlu Qurbanov "Şöhrət" ordeni ilə təltif edilsin".

Milli.Az