Bəşər Əsəd rejimi Soçidə İdliblə bağlı əldə olunan
razılaşmanı dəstəkləyib.
Publika.az xəbər verir ki, Suriya Xarici İşlər
Nazirliyindəki mənbə Suriya dövlət televiziyasına açıqlamasında
Türkiyə və Rusiya liderlərinin Soçidə görüşü zamanı İdlibdə
silahsız bölgənin yaradılması ilə bağlı razılaşmanı
dəstəklədiklərini açıqlayıb.
Qeyd edək ki, Ərdoğan və Putin Soçi görüşündə ağır silahların
İdlibdən çıxarılması, müxaliflərlə Əsəd rejimini birlikdə silahsız
bölgə yaratması və s. məsələlərlə bağlı razılaşma əldə edib.
Asif