Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri
vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş
qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin
səlahiyyətlərini icra edəcək.
H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq
münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB
universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü
ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.