İstifadə etdiyiniz ən müasir və bahalı kompyuterlərə belə müdaxilə etmək mümkündür. Bunun üçün hakerlərə maksimum 5 dəqiqə vaxt lazımdır.
Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın "F-Secure" şirkəti məlumat yayıb. İnformasiya təhlükəsizliyi və məxfilik proqramlarının hazırlanması ilə məşğul olan şirkət mütxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri bunu deməyə imkan verir.
Hakerlərin istənilən kompyuterə fiziki giriş imkanının olması
kifayətdir ki, 5 dəqiqə müddətində istənilən informasiyanı köçürə
bilsin. Hücum "perezaqruzka"(yenidən yükləmə) funksiyasının
köməyilə həyata keçirilir. Bunun üçün kompyuterdə icra edilən
əmrləri tamamlanmadan kompüteri söndürmək və ya yenidən yükləmək
bəs edir. Bundan sonra əməli yaddaşda əlçatan olan məlumatların
bərpası proqramı işə salınır.
Müasir kompüterlər öz əməli yaddaşını yenidən yazmaq qabiliyyətinə
malik olsalar da, bu prosesi deaktiv etmək olar, çünki onu idarə
edən tətbiqlər fiziki müdaxilədən müdafiə edilməyiblər. Haker əməli
yaddaşın yenidən yazılmasını deaktiv edərək fləş kartın köməyi ilə
hücum həyata keçirə bilir.
Xatırladaq ki, şirkət araşdırma nəticələrini dünyaca məşhur
"Apple", "Microsoft" və "Intel" kimi kompüter istehsalçılarına
göndərərək yeni istehsal prosesində bu məqamı diqqətdə saxlamağa
çağırıb.
Könül