Hazırda paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıqdır.
Publika.az xəbər verir ki, hazırda Üzeyir Hacıbəyov, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Nobel prospekti, Afiyəddin Cəlilov küçəsi, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələrində tıxac müşahidə edilir.
Eləcə də, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Əlövsət Quliyev, Həzi Aslanov,Süleyman Rəhimov, Şamil Əzizbəyov, Salatın Əsgərova, Bəşir Səfəroğlu, Əli bəy Hüseynzadə küçələrində, Ziya Bünyadov, Tbilisi, Moskva, Fətəlixan Xoyski prospektində sıxlıqdır.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, hazırda yollarda hərəkətin normal axınını təmin etmək üçün zəruri tədbirlər görülür. Mümkün olan küçə və prospektlərdə yaşıl dalğa tətbiq olunur.
“BakuBus” MMC yollardakı vəziyyətlə bağlı sərnişinlərə xəbərdarlıq edib.
“Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”.
Gülxar