Türkiyə Antalyada yarı çılpaq halda oturduğu oturacaqda şüşə qırıntısı ilə bədənini kəsən S. T qanlar içində yüzlərlə metr yeriyib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, sərxoş olduğu iddia edilən S. T əlindəki şüşə ilə bədəninin sinə və qarın hissəsinə zərər verib. Ətrafdakılar S. T-nın qan içərisində yeridiyini gördükdə polisə xəbər verib.

Hadisə yerinə gələn polis və səhiyyə işçiləri S. T-nin yanına gedib.

Bədənindəki kəsiklərin dərin olduğu müəyyən edilən S. T səhiyyə işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib.

https://metbuat.az/news/1026779/bu-cutluk-ne-edir....