"CBC Sport" telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Volkanın həyat yoldaşı Özge Uzun İnstaqram xəbər yayıb.
O bildirib ki, hazırda həyat yoldaşının vəziyyəti normaldır:
"Həyatımızın geri qalan hissəsinin ilk gününü yaşıyırıq. Volkan ağır infarkt keçirdi. Bizə geri qayıtdı. Reanimasiyada idi, səhər gözünü açdı. Qızımızla da danışdıq".
Milli.Az