Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakı səfərindən
qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.
Publika.az xəbər verir ki, Ərdoğan bu gün Soçidə Rusiya
prezidenti Vladimir Putinlə görüşəcəyini və Dağlıq Qarabağ
məsələsini yenidən müzakirə edəcəyini bildirib.
“Bakıda Qardaşım İlham Əliyevlə üzbəüz görüşmələr keçirdik.
İkitərəfli münasibətləri, regional problemləri müzakirə etdik.
Xüsusilə Dağlıq Qarabağ məsələsini gündəmə gətirdim. Burada ABŞ,
Rusiya və Fransanın həmsədr olduğu Minsk qrupunun vaxt uzatma
taktikası ağrılıdır. Məsələyə həssas yanaşmırlar. 1992-ci ildən
indiyə qədər problem başlı-başlına buraxılmış şəkildədir. Birinci
gün (bu gün) Soçiyə səfər edəcəm. Hörmətli Putinlə görüşəcək.
Görüşdə Suriya məsələsini, İdlibdəki son vəziyyəti müzakirə
edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Asif