Sakit okeanda Fici adaları sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin ocağı Suva şəhərindən 810 kilometr cənubda yerləşib, onun dərinliyi 570 kilometr olub.
Sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Milli.Az