Portuqaliya hücumçusu Kriştianu Ronaldu İtaliya A seriyasında “Yuventus”da ilk rəsmi oyununda iki qol vurub. 33 yaşlı oyunçu IV tur çərçivəsində “Yuventus”un meydanında – Alyans Stadiumda “Sassuolo” ilə keçirilən matçın 52 və 65-ci dəqiqələrində bu uğura imza atıb.
Qonaq komandanın təmsilçisi Babakar qollardan birinə cavab verib.
Qeyd edək ki, Ronaldu “Yuventus”a bu ilin yayında keçib.