Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində rəsmi oyunda ilk qolunu vurub.
Publika.az xəbər verir ki, forvard İtaliya A Seriyasının 4-cü turunda "Sassuolo"ya qarşı keçirilən matçın 50-ci dəqiqəsində fərqlənib. Daha sonra futbolçu 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ronaldu "Yuventus"a iyulun 10-da Madrid "Real"ından 100 milyon avroya transfer olunub.