Bakının bolşevik-daşnak işğalından azad edilməsi bizim üçün Malazgird zəfərinə bənzəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradı izləyən Tural Qarayev deyib.

T.Qarayev bildirib: "Bu gün biz oğuz türklərinin iki qolunun ən böyük zəfər günüdür. Ümid edirik ki, işğal olunmuş torpaqlarımızda da bu cür qələbəni qeyd edəcəyik".

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

Milli.Az