Bakıda intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Xətai rayon sakini, 1959-cu il təvəllüdlü Solmaz Nəsibova özünü yaşadığı evdə asaraq intihar edib. Yaxınları S.Nəsibovanın əsəb xəstəliyindən əziyyət çəkdiyini və psixoloji vəziyyətinin yaxşı olmadığını bildiriblər.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.