"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti ötən gün sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Lerik rayonunu Piran-Hamarat avtomobil yolu ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, bu məlumatları qərəzli və dəqiqləşdirilməmiş hesab edən agentlik bildirir:
Lerikdə 28 km uzunluğa malik yolun yenidən qurulması bitmək üzrədir - FOTO - VİDEO
"Birincisi, həmin yolda təmir-tikinti işləri hələ bitməyib davam edir, yola müvəqqəti orta xətt çəkilib.
İkincisi, kadrlarda göstərilən asfalt örtüyün ilk layıdır. Hazırda yol boyu 2-ci lay asfaltın döşənməsi işləri aparılır və bu işlər yekunlaşmaq üzrədir.
Üçüncüsü, yolun bir-neçə ərazisində yolun kənarlarında müəyyən problemlər yaranıb və həmin ərazilər yenidən düzəldilib. Bu da ki tikinti zamanı normal hal hesab olunur. İknici lay - hamarlayıcı layın döşənməsi ilə göstərilən "problem" tam olaraq aradan qaldırılmış olacaq.
Dördüncüsü, kadrlardan da göründüyü kimi yolun kənarları (çiyin hissələr) tam hazır deyil. İkinci lay asfalt örtük döşənəndən sonra həmin çiyin hissələr də bərkidiləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Lerik-Lənkəran yolunun 20 kilometrliyində yerləşən Piran-Hamarat yolunun avqust ayında yenidən qurulduğu və asfalt örtük salındığı, bir ay sonra isə təqribən 4 milyona yaxın vəsaitin xərcləndiyi yolun bərbad vəziyyətə düşdüyü qeyd edilir.