11 və 16 yaşlarında 2 qız uşağını məcburi şəkildə evdə saxladığı üçün türkiyəli müğənni Nihat Doğandan şikayət edən ailə prokurorluğa yenidən müraciət edib.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, qızların valideynləri şikayətlərini geri götürüblər.
Onlar "hadisə bizə yanlış formada çatdırılıb" deyə bildiriblər.
Məlumat üçün bildirək ki, Nihat Doğanın 2 qız uşağını evinə dəvət edərək məcburən saxlaması 2 gündür, ictimaiyyət tərəfindən müzakirə edilir. Doğan çalışdığı Bəyaz TV-dən buna görə qovulub.
Milli.Az