Ermənistan parlamenti “Şant-2018” hərbi təlimləri
çərçivəsində şərti olaraq Azərbaycana müharibə elan etmək qərarı
verib.
Publika.az xəbər verir ki, parlament hökumətin təklifi
əsasında konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və
105-ci maddəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycana qarşı
müharibə elan etməklə bağlı qərar qəbul edib.
Ermənistan parlamenti sentyabrın 12-də qəbul etdiyi “müharibə elan
etmək təklifinin təsdiq edilməsi haqqında” qərarında da Azərbaycana
qarşı müharibə məsələsi yer alıb.
Ermənistanın bütün ərazisini əhatə edən “Şant-2018” sentyabrın
11-də başlayıb, 14 sentyabra qədər davam edəcək.
Erməni dilində “İldırım” olan “Şant-2018” təlimi baş nazir Nikol
Paşinyanın rəhbərliyi altında keçirilir.
Paşinyan iddia edib ki, bu təlimlər Ermənistan üçün “aprel
müharibəsi”nin təkrarlanmasına imkan verməyəcək.
Təlim çərçivəsində Ermənistanın bütün ərazilərində şərti olaraq
fövqəladə hal elan olunub.
Asif