13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər çıxıb. Toplam 203 kq (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyub. İkinci yeri 191 kq (86+105) nəticə ilə İsmayıl Məmmədov, üçüncü yeri isə 181 kq (80+101) nəticə ilə Rusif Əhmədov tutub.

Ağır atletimiz AAAF TV-yə müsahibəsində çıxışından razı qaldığını dilə gətirərək, qarşıdakı yarışlarda da bu uğurun davamının gələcəyinə ümid etdiyini bildirib:
“Gənclər arasında çempionatda ilk dəfə iştirak edirdim və çıxışımdan razı qaldım. Çox sevinirəm ki, qalib olmağı bacardım. Qarşıdakı yarışlarda, xüsusən Avropa çempionatında da inamlı nəticə göstərməyə çalışacam”.