Bu gün Orfoqrafiya Komissiyasının Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrlə bağlı yekun iclası keçirilib.
Dilçilik İnstitutunun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər müzakirə edilib.
Müzakirəyə çıxarılan 11 maddədən 3 maddə qəbul olunmayıb. İclasda qəbul edilən qərara əsasən, - iyyət , iyyat şəkilçisinin tərkibindəki qoşa yy samitləri yazıdan çıxarılmayıb. Yəni bu şəkilçilərlə yazılan sözlər əvvəlki qaydada yazılacaq.
Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq: hüsnxət, kilovat, rəsmxət və s.
Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.
Roma rəqəmlərindən sonra şəkilçi yazılmaması məsələsi isə bundan sonra həm də qanunvericiliklə tənzimlənəcək: beşinci – V, onuncu – X və s.
“Əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.