Türkiyənin Yusufpaşa ərazisində yerləşən kafedə dəhşətli hadisə baş verib.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, kafedə olan suriyalı gənc dəzgahın önündə dostu ilə söhbət etməyə başlayıb. Bir müddət sonra dəzgaha gələn kafenin işçisi zarafatla qarşısındakı samovara vurub. Qapağı açılan samovar içi qaynar su ilə suriyalı Abdülhadi Nəcimin üzərinə tökülüb. Nəcimin boynu, qolu və sinəsi yanıb. Dostları onu dərhal xəstəxanaya aparıblar.
Sözügedən hadisənin görüntüsünü təqdim edirik: